Türkiyə Prezidenti son 59 ildə ilk dəfə Vatikana səfər edəcək
Paylaş
83 baxış·1 dəq oxu
Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cari il fevralın 5-də Vatikana səfər edəcək. “Report” Haberler-ə istinadən xəbər verir ki, səfər Roma Papası Fransiskin dəvəti ilə əsasında reallaşacaq. Səfər zamanı Qüds məsələsinin müzakirə olunacağı gözlənilir. Bu, son 59 ildə Türkiyə prezidentinin Vatikana ilk rəsmi səfəri olacaq.