Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana səfər edəcəyi tarix bəlli olub

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfər fevralın 5-i Roma Papası I Fransiskin dəvəti əsasında baş tutacaq.

R.T.Ərdoğanın səfər çərçivəsində Roma Papası ilə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını müzakirə edəcəyi bildirilib.

Qeyd edək ki, bu səfər Türkiyə dövlət başçısının Vatikana son 59 ildə ilk səfəri olacaq.

Milli.Az