Qətər əmiri Ankaraya rəsmi

Qətər əmiri Şeyx Təmim bin Həməd Al-Sani Ankaraya rəsmi səfər edib.

Metbuat.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla 2 saat yarım davam edən görüşdə tərəflər ikitərəfli münasibətlərlə yanaşı, aktual regional məsələləri müzakirə edib.

Liderlər əsas diqqəti körfəz böhranına yönəldib və ərəb ölkələrinin Qətərə qarşı blokadasının aradan qaldırılması üçün görüləcək əlavə tədbirləri müzakirə edib. Ərdoğan qətərli əmirə söz verib ki, Ankara böhranın həllində bundan sonra da Dohanın yanında olacaq.

Sübhan/ METBUAT.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR