Meteoridin partlayışı ABŞ-da zəlzələ yaratdı - VİDEO

Meteoridin partlayışı ABŞ-da zəlzələ yaratdı - VİDEO
14:08 17 Yanvar 2018
84 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Detroyt şəhərinin yaxınlığında düşən kiçik meteorid havada partlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, partlayış Rixter cədvəli üzrə 2 ballıq zəlzələnin baş verməsinə səbəb olub.

Sakinlər partlayışı əvvəlcə güclü ildırım kimi qəbul ediblər. Ancaq ABŞ-ın Milli Meteoroloji Xidmətinin mütəxəssisləri onun kiçik meteorid olduğunu bildiriblər.

Bu, sonradan Amerika Geoloji Xidmət tərəfindən də təsdiqlənib. Mümkün dağıntılar və zərərçəkənlər haqqında məlumat yoxdur.

Hadisənin görüntüləri internetdə dərc edilib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR