Azərbaycanda ötən il 38,8 mln. ton neft və 28,6 mlrd. kubmetr qaz hasil olunub

Azərbaycanda ötən il 38,8 mln. ton neft və 28,6 mlrd. kubmetr qaz hasil olunub
15:12 17 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə qaz kondensatı daxil olmaqla 38 777,5 min ton xam neft hasil edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmin 38 700,2 min tonu əmtəəlik xam neft olub.
Ötən il ölkədə 28 563,5 mln. kubmetr təbii qaz hasil edilib ki, bu həcmin 18 157,9 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Neft hasilatı 5,5%, əmtəəlik neft hasilatı 5,6%, qaz hasilatı 2,6%, əmtəəlik qaz hasilatı isə 3% azalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-oten-il-38-8-mln-ton-neft-ve-28-6-mlrd-kubmetr-qaz-hasil-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR