Tənhalıq üzrə Nazirlik yaradıldı

Tənhalıq üzrə Nazirlik yaradıldı
07:43 18 Yanvar 2018
106 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniyanın baş naziri Tereza Mey Tənhalıq üzrə Nazirlik yaradıb.

Publika.az xəbər verir ki, bu vəzifəyə Britaniya parlamentinin idman və vətəndaş cəmiyyəti üzrə nazirinin müavini Treysi Krauç təyin edilib.

“Müasir həyatda çoxlu sayda tənha insanın olması kədərli reallıqdır. Cəmiyyətimiz və hamımızın xatirinə mən bu problemlə mübarizə aparmaq, yaşlı insanlara tənhalığı unutdurmaq, başqa sözlə, yaxınlarını, himayədarlarını itirən, danışıb dərdləşmək, öz fikrini və təcrübəsini bölüşmək üçün adam tapmayanlara yardım etmək istəyirəm”, - Tereza Mey vurğulayıb.

Britaniya “Qızıl Xaç” Cəmiyyətinin məlumatına əsasən, 65,6 milyonluq ölkə əhalisinin 9 milyondan çoxu qismən və ya daima tənha yaşayır. Cəmiyyət bunu “qapalı epidemiya” halı adlandırır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR