“Mançester Yunayted”in çılğın Ronaldo PLANI

“Mançester Yunayted”in çılğın Ronaldo PLANI
14:28 18 Yanvar 2018
124 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının ən güclü təmsilçilərindən olan “Mançester Yunayted” keçmiş futbolçusu Kriştiano Ronaldonu yenidən transfer etmək niyyətindədir.

Publika.az xəbər verir ki, klub bu məqsədlə 200 milyon avroluq bir büdcə də ayırıb.

İngiltərə mediası Xose Mourinyo komandasının “Ronaldonun qayıdışı” üçün mövsümün sonunda “Real Madrid”ə rəsmi müraciət göndərəcəyini iddia edir. Klub bununla kifayətlənməyərək Ronaldoya “Real”dan ayrılması üçün təzyiq göstərir.

Qeyd edək ki, ötən mövsümün əvvəlindən bəri Ronaldonun “Real”da xoşbəxt olmadığı, Messinin aldığı maaşın miqdarının onu narahat etdiyi bildirilir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR