Ötən gün baş verən cinayətlərin

Respublikanın daxili işlər orqanları tərəfindən yanvar ayının 18-dən 19-dək 103 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Xarici valyutaların manata qarşı - Məzənnələri - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR