Masazırda 3 yaşlı uşaq binanın 6-cı mərtəbəsindən yerə yıxılıb

Masazırda 3 yaşlı uşaq binanın 6-cı mərtəbəsindən yerə yıxılıb
03:27 20 Yanvar 2018
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində bədbəxt hadisə baş verib.
“Report” xəbər verir ki, 2014-cü il təvəllüdlü Ağayev Əlimurad Nicat oğlu yaşadığı binanın 6-cı mərtəbəsindən yerə yıxılıb.
Azyaşlı otla örtülü torpaq qatının üzərinə düşdüyündən sağ qalıb. Yaralı əvvəlcə
1 saylı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti orta-ağır olduğundan sonradan Bakıdakı özəl klinikalardan birinə köçürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/masazirda-3-yasli-usaq-binanin-6-ci-mertebesinden-yere-yixilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR