Əfqanıstanın paytaxı Kabildə silahlıların hücumu zamanı ölənlərin və yaralananların sayı 35 nəfərə çatıb

Əfqanıstanın paytaxı Kabildə silahlıların hücumu zamanı ölənlərin və yaralananların sayı 35 nəfərə çatıb
23:32 20 Yanvar 2018
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildəki “Intercontinental Hotel”-ə hücum zamanı ölən və yaralananların sayı 35 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə yerli "1TV" telekanalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil. Bildirilir ki, hücum edənlərdən biri zərərsizləşdirilib. Otelin ikinci mərtəbəsi alova bürünüb.
Daha əvvəl bildirilirdi ki, silahlılar bir neçə nəfəri girov götürüb. Müxtəlif məlumatlara görə, hücum edənlər 3 və ya 4 nəfər olub. 
Ölkənin Daxili İşlər Nazirliyi hücum faktını təsdiqləyib. Polis binanın ərazisini əhatəyə alıb. Təhlükəsizlik orqanlarının əməkdaşları silahlılarla atışmaya başlayıb.

***22:03
Bir qrup silahlı Əfqanıstanın paytaxtı Kabildəki “Intercontinental Hotel”-ə hücum edib.
"Report"un RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, hücum zamanı bir neçə nəfər öldürülüb. Qeyd edilir ki, dörd terrorçu kamikadze mehmanxanaya daxil ola bilib. 
Əraziyə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçulara qarşı silahlı əməliyyat keçirib. Atışmanın baş verdiyi ərazi əhatəyə alınıb.
"Intercontinental Hotel" Kabildə əcnəbilər arasında ən məşhur mehmanxanalardan biridir. Burada Qərb dövlətlərinin rəsmi nümayəndələri mətbuat konfransları keçirir.
Mehmanxana 2011-ci ildə də hücuma məruz qalıb. Həmin vaxt törədilmiş dörd partlayış nəticəsində 10 əfqanıstanlı öldürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanin-paytaxi-kabilde-silahlilarin-hucumu-zamani-olenlerin-ve-yaralananlarin-sayi-35-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR