"Azərbaycan bu göstəricisi çox önəmli haldır" - Vahid Əhmədov

"Azərbaycan bu göstəricisi çox önəmli haldır" - Vahid Əhmədov
19:03 22 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

"Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutması önəmli bir haldır".

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycanın göstəricilərini şərh edən millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili bu gün Azərbaycanın dünya dövlətləri üçün maraqlı olduğunu bildirib:

“Dünya İqtisadi Forumu önəmli bir forumdur. Orada dünyanın tanınmış ictimai-siyasi xadimləri, dövlət rəhbərləri, iqtisadiyyatla maraqlanan böyük şirkətlərin rəhbərləri iştirak edir. Bu gün Azərbaycan dünya üçün maraqlı dövlətdir. Ölkəmizdə iqtisadi islahatlar həyata keçirilir və bu məsələdə öndə gedən dövlətlərdəndir. Azərbaycanda son vaxtlar nəqliyyat dəhlizi sistemində çox böyük işlər həyata keçirilib. Bakı-Qars-Dəmiryolu istifadəyə verilib, qeyri-neft sektorunun inkişafına böyük diqqət ayrılıb. Azərbaycanda aparılan iqtisadi islahatların müsbət nəticələri Dünya İqtisadi Forumunun reytinq cədvəlində öz əksini tapır. Bu işlər görülməzsə, reytinq cədvəlində heç zaman belə yüksək pillədə yer almazdıq. Çünki bizim kimi dövlətlərə qarşı tarixən ikili standartlar olub. Bu gün isə fakt göz qarşısındadır, Azərbaycan bir çox dövlətlərin maraq dairəsindədir, stabil dövlət olduğundan bura investisiya yatırmaq istəyən dövlətlər çoxdur. İqtisadi sahədə müəyyən problemlər olsa da, bu sahədəki dirçəliş də göz önündədir. Azərbaycanın Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizinə çevrilməsi də bizim üçün önəmli haldır”.

V.Əhmədov bildirib ki, əvvəlki illərdə Azərbaycan bu siyahıda nisbətən aşağı yerlərdə olub:

“Bildiyiniz ki, cənab Prezident də bu tədbirdə iştirak edir. Tədbir çərçivəsində o bir sıra tanınmış şirkətlərin rəhbərləri ilə görüşür, memorandum imzalayır. Bu dəfə də Prezident İlham Əliyev forumda çıxış edəcək və Azərbaycanın iqtisadi uğurlarından danışacaq. Hətta bu çıxışdan sonra ölkəmizin xairci investorlar üçün maraqlı məkana çevriləcəyinə də inanırıq. Yanvarın 24-də parlamentin komitə iclasında Ələt istisadi zonası ilə əlaqədar qanun qəbul edəcəyik. Ələtdə yaradılacaq istiqadi zona çox əhəmiyyətlidir. Orada plana görə 200 min nəfərlik şəhər də salınmalıdır. Azərbaycan həm dəniz, həm quruda nəqliyyat sahəsində önəmli nöqtəyə çevrilir. Bu istiqamətdə planlar çoxdur. Bundan başqa, ötən il müstəqillik illəri ərzində ilk dəfə ixrac idxalı üstələyib, “Made in Azerbaycan” brendi adı altında məhsullarımız dünya bazarına çıxarılır. Dünya üçün əhəmiyyətli məqamlardan biri də neft və qaz nəqlidir ki, artıq biz Türkiyə və Gürcüstan vasitəsilə bu məhsulları da ixrac edirik. Düzdür, bu məsələdə də bizə çoxlu təzyiqlər olmuşdu. Bundan başqa, Bakı-Tiflis-Qars layihəsinin əleyhinə olan dövlətlər çox idi, hətta ABŞ-da konqresmenlər belə bunun əleyhinə çxımışdı. Lakin Azərbaycan Prezidentinin iradəsi nəticəsində layihə gerçəkləşdi. Azərbaycanın həm həyata keçirdiyi layihələr, həm də perspektivlə bağlı planları yaxşı olduğuna görə, 3-cü yerə layıiq görülüb”.

Azərbaycan inklüziv inkişaf indeksinin lideri olan ölkələrin üçlüyündə

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/228611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR