​Rusiya ABŞ-ın Suriyadakı bölücü fəaliyyətindən narahatdır -

Rusiya ABŞ-ın Suriyadakı bölücü fəaliyyətindən narahatdır.

Metbuat.az-ın məlumatına görə, Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, Vaşinqton Suriyadakı separatçı əhval-ruhiyyəni fəal şəkildə gücləndirir. Diplomat “Ağ ev”i Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

”Vaşinqton onlarla əməkdaşlıq edən və kürd qiyamçılarından ibarət olan Suriya Demokratik Qüvvələrini müasir silahlarla təchiz edir. Vaşinqton kürdlər arasında separatçı əhval-ruhiyyəni gücləndirib və gücləndirir və bununla, kürd probleminin miqyasını dəyişdirir. Vaşinqtonun belə siyasətinin motivini başa düşmək üçün yalnız bunu təxmin etmək olar: ya onlar vəziyyəti düzgün anlamır, ya da bilərəkdən təxribat törədir”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR