Rusiyanın pensiya fondları "Saudi Aramco"dan pay almaq istəyir

Rusiyanın pensiya fondları "Saudi Aramco"dan pay almaq istəyir
16:07 23 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiyada fəaliyyət göstərən pensiya fondları dünyanın ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistanın dövlət neft-qaz şirkəti "Saudi Aramco"nun səhmlərinin ilkin tədavülündə iştirak etməkdə maraqlıdırlar. 
"Report" "Reuters" agenliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri Kiril Dmitriyev bildirib.
"Pensiya fondlarının "Saudi Aramco"nun səhmlərinə böyük maraq göstərdiyini görürük. Belə bir ciddi maraq Çindən olan tərəfdaşlarımızda da var",- deyə o, Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunda qeyd edib.
K.Dmitriyev həmçinin əlavə edib ki, Rusiya bazarda öz yerini tutub: "Ondan ciddi investisiya qoyuluşları gözlənməməlidir. Amma Səudiyyə Ərəbistanı ilə əlaqələri möhkəmlətmək üçün belə bir addım atıla bilər".
Qeyd edək ki, "Saudi Aramco" yaxın vaxtlarda Azərbaycanda öz nümayəndəliyini açacağını açıqlayıb. Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) "Report"a verilən məlumata görə isə, Fondun "Saudi Aramco"dan pay almaq kimi niyyəti yoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/rusiyanin-pensiya-fondlari-saudi-aramco-dan-pay-almaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR