Marneulidə yaşayan onlarla azərbaycanlının torpaq problemi həll olunub

Marneulidə yaşayan onlarla azərbaycanlının torpaq problemi həll olunub
17:07 23 Yanvar 2018
81 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 23 yanvar. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunda yaşayan azərbaycanlıların torpaq problemləri həllini tapır.
Marneuli rayon meriyasından “Report”un Gürcüstan bürosuna bildiriblər ki, Gürcüstanda həyata keçirilən torpaq islahatları zamanı azərbaycanlılar da torpaq sahəsi alıblar: "Lakin onların bir çoxunun torpağı qanunsuz olaraq əllərindən alınıb. Marneuli merinin müdaxiləsindən sonra onlarla azərbaycanlının torpaq problemi həllini tapıb. Proses davam edir".
Mer Temur Abasov “Report”un yerli bürosuna bildirib ki, bütün imkanları daxilində azərbaycanlıların problemlərinin həllinə çalışacaq: “Bu gün Marneulidə yaşayan azərbaycanlıların torpaq və digər sosial problemləri var. Mən öz səlahiyyətlərim daxilində onların həllinə çalışıram. Deyə bilərəm ki, az da olsa, artıq bəzi problemləri həll edə bilmişik”.
Qeyd edək ki, bu gün Marneulidə 128 mindən çox əhali yaşayır. Onların da 86,4 faizini azərbaycanlılar təşkil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/marneulide-yasayan-onlarla-azerbaycanlinin-torpaq-problemi-hell-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR