Danimarkanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dəstəyini ifadə edib

Danimarkanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dəstəyini ifadə edib
20:17 23 Yanvar 2018
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Danimarkanın xarici işlər naziri Anders Samuelsen Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Avropa Şurasının qarşısında götürdükləri öhdəliklərini yerinə yetirməyə çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, A.Samuelsen bunu AŞ PA-nın qış sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi Danimarka, ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətini dəstəkləyir.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri S.Fətəliyevanın və V.Hüseynovun AŞPA-nın Sosial məsələlər, Hüquqi işlər və insan hüquqları komitələrində təqdim etdikləri "Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması", "Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi" mövzularında məruzələrinin müzakirəsi keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/619135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR