Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar uğurla davam edir.

Afrində dörd gün ərzində azı 260 terrorçu məhv edilib.

“Zeytun budağı” əməliyyatı zamanı Türkiyə ordusunun 3 hərbçisi şəhid olub. Əməliyyatlar bu gün də davam edir.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, “Zeytun budağı” əməliyyatı terrorçular tam məhv edildikdən sonra başa çatacaq./Azvision