Azərbaycan millisinin kapitanı: "Bizim üçün əsas göstərici Avropa çempionatı olacaq”

Azərbaycan millisinin kapitanı: "Bizim üçün əsas göstərici Avropa çempionatı olacaq”
10:07 24 Yanvar 2018
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ “Dəvətimizi qəbul etdib Bakıya gəldiyri üçün İran millisinə təşəkkür edirik. Bizim üçün əsas göstərici Avropa çempionatı olacaq”.
“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Rizvan Fərzəliyev İranla 3:3 hesabı ilə başa çatan yoldaşlıq oyunu haqda danışarkən deyib. O, bildirib ki, İranla iki matç Avropa çempionatına hazırlığı yoxlamaq baxımından vacib qarşılaşmalardır: “Uğurlu oyun alındı. Şanslar bərabərdi. Düzdü, ilk dəqiqələrdə həyəcan var idi. Bu da tam formalaşmamağımızdan irəli gəlirdi”.
Kapitan xüsusilə birinci hissədə buraxılan səhvlərə bu cür izah verib: “Yanvarın 18-dən etibarə tam heyətlə məşq edirik. Çünki bir neçə futzalçımız ölkədən xaricdə çıxış edir və onlar dediyim tarixdə komandaya qoşuldular. Bu da istər-istəməz oyunumuza təsirini göstərdi. İkinci oyundan və qalan günlərdən maksimum istifadə edib, Avropa çempionatına tam hazır şəkildə yollanacağıq. Növbəti matçda qələbə qazanmaq üçün mabrizə aparacağıq. İlk oyunu izləyəcəyik, səhvlərdən nəticə çıxarıb, 3:3 hesablı heç-heçə seriyasını dayandıracağıq”.
Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Joze Alesio Da Silvanı rəhbərlik etdiyi kollektiv qrup oyunları çərçivəsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-millisinin-kapitani-bizim-ucun-esas-gosterici-avropa-cempionati-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR