"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən biridə baş verib. Qarət məqsədi ilə gələn çağrılmamış qonaqlar yaşlı kişinin döyüb, daha sonra isə şkafa bağlayıblar.
Binəqədi qəsəbə sakini, 61 yaşlı Yaqub Sultanov 4-cü polis bölməsinə məlumat verib ki, gecə vaxtı həyətində səs-küy eşidib. Çölə çıxan zaman ona iki nəfər hücum edib, mənzilə salıblar. Yaşlı kişidən pul və qızıl tələb ediblər. Pulu olmadığını deyəndə onlar Y.Sultanovu döyüb şkafa bağlayıblar. Səsə qonşular gəldikdə hər iki şəxs qaçıblar.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri R.Quliyev və əvvəllər məhkum edilmiş V.Abdullayevi saxlayıb.
Məlum olub ki, hadisəni törədən V.Abdullayev Bakıda 36 saylı marşurut avtobusunun sürücüsü olub.