Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu ilə
terrorçular arasında şiddətli döyüşlər davam edir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir
ki, “Zeytun budağı” əməliyyatının 6-cı günündə Burseya dağı
terrorçulardan təmizlənib.
Strateji əhəmiyyətə malik olan dağın təmizlənməsi istiqamətində
günlərdir toqquşma gedirdi.
Türk tanklarının növbəti partiyası Afrinə doğru hərəkətə keçib.
Burseya dağından sonra növbəti hədəf Bafelyun təpəsidir.
Terrorçular Türkiyənin sərhəddəki Kilis bölgəsində mülki əhalini
raket atəşinə tutmaq üçün bu təpədən istifadə edir.
Son məlumatlara görə, Türkiyə ordusu ardarda zəfər qazanır.
Asif