Qətər hökuməti Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemləri almaq üçün Moskva ilə danışıqlara başlayıb.
Metbuat.az-ın məlumatına görə, qətərli rəsmilər danışıqlara böyük məsafə qət edildiyini bəyan edib. Lakin müzakirələrin detallarına dair açıqlama verilməyib. Qeyd edək ki, 4 ay əvvəl Doha və Moskva arasında hərbi əməkdaşlığa dair müqavilə imzalanıb.
Qətər hökuməti bu müqavilə çərçivəsində Rusiya ilə hərbi əlaqələrin genişləndirələcəyini diqqətə çatdırıb.
Sübhan / METBUAT.az