“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Bişkek Daxili İşlər İdarəsinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, yanvarın 24-də Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində kəskin soyuqların olacağı barədə xəbərdarlıq edib. Sinoptiklərin məlumatına əsasən, yanvarın 26-da respublikanın dağlıq rayonlarında 45 dərəcə şaxta qeydə alınıb.
Asayiş keşikçiləri bildirib ki, Bişkek küçələrində şaxtadan donmuş 85 nəfəri “Kolomto” sosial sığınacağına yerləşdiriblər.
Qazaxıstanda da anomal soyuqlar qeydə alınıb.