"Report" xəbər verir ki, bunu Azərbaycan Meyvə və tərəvəz istehsalçıları və ixracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev bildirib.
B.Quliyevin sözlərinə görə, Azərbaycan məhsulları Körfəz və Aropa ölkələrində keyfiyyətli məhsul kimi tanınmır: "Bu səbəbdən də biz məcburuq dempinq tətbiq edək. İstərdik ki, bunu nəzərə alıb hökumət bizə subsidiya ayırsın".
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev məsələ ilə bağlı sahibkarlara konkret təkliflərin hazırlanmasını məsləhət görüb: "Konkret təklif hazırlayın və görək neçəyə və necə başa gəlir".
Kənd təsərrüfatı naziri Heydər Əsədov isə sahibkara bildirib ki, subsidiyanın ayrılması üçün məntiqi izah olmalıdır: "Avropa ölkələrində subsidiyiyalar 18-23% olduğu halda, Azərbaycanda bu rəqəm 27,7%-dir. Konkret bu məsələyə gəldikdə isə biz istixanalara subsidiya ayrılmasına ehtiyac görmürük. Gələcək perspektivdə də bunu görmürəm".