Nigeriyanın paytaxtı Abuca şəhəri yaxınlığında ağır yol qəzası baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində 20 nəfər həyatının itirib, 7 nəfər xəsarət alıb.

Onlardan 17-si hadisə yerində, 3-ü isə xəstəxanada ölüb. Qəza zamanı avtobusda 30 nəfərin olduğu bildirilir.

İlkin ehtimala əsasən, qəzaya avtobusun həddən artıq yüklənməsi səbəb olub.