"Mançester Yunayted"in 105 milyon avroya "Yuventus"dan transfer etdiyi Paul Poqbanın böyük qardaşı Florentin Poqba Türkiyəyə transfer olunur.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb. Fransa qəzeti iddia edib ki, Poqbanı "Gənclərbirliyi" transfer edir.

"Sent-Etyenn"də heyətə düşməkdə çətinlik çəkən 27 yaşlı Qvineya əsilli fransalı müdafiəçi cari mövsümdə cəmi 6 rəsmi oyuna çıxıb.

Qeyd edək ki, "Gənclərbirliyi" bir müddət əvvəl millimizin üzvü Dəniz Yılmazı transfer edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində