Türkiyə Silahları Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatında şəhid olan çavuş Mehmet Muratdağının həyat yoldaşı Birgül Muratdağının sosial şəbəkə hesabından etdiyi paylaşım hər kəsi kövrəldib.

Milli.Az Mynet-ə istinadən xəbər verir ki, şəhidin 6 aylıq həyat yoldaşı sosial şəbəkədən ərinin son doğum günü axşamı görüntülərini paylaşıb.

Birgül Muratdağı xidmətdə olan həyat yoldaşına 25-ci doğum günü səbəbi ilə göndərdiyi tortu, şəhid ərinin döyüş yoldaşları ilə kəsib, ad gününü qeyd etdiyi görüntülər və xına gecələrinə aid videonu təqibçiləri ilə bölüşüb.

Təhməz Təkin

Milli.Az