La Liqa "Barselona"nın müdafiəçisi Jerar Pikenin yanvarın 25-də "Espanyol"la oyundan sonra verdiyi açıqlamanı araşdıracaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu sözlərinə görə cəzalanrıla bilər. İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasından sonra Pike "Espanyol"u Kornelya təmsilçisi kimi təqdim etmişdi.
Kornelya Barselona şəhərinin cənub-qərbində yerləşən yaşayış məntəqəsidir. Pike "Barselona" ilə müqaviləsini yeniləyəndən sonra keçirilən mətbuat konfransında da bu fikrini təsdiqləmişdi.
Yaxın vaxtlarda İntizam komitəsi ona cəza verib-verməməyi nəzərdən keçirəcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində