12 yaşlı qızın məktəb yoldaşlarına atəş açması nəticəsində 2 nəfər yaralanıb.

Milli.Az Metro-ya istinadla xəbər verir ki, Los Ancelesin mərkəzi küçəsində yerləşən Salvador B. Castro Middle School-da atışma olub. 12 yaşlı qız silahla iki nəfəri yaralayıb. Xəsarət alanlardan ikisinin də 15 yaşı var. Onlardan biri oğlan, digəri isə qızdır. Oğlan başından vurulduğuna görə vəziyyəti ağırdır, qız isə biləyindən yaralandığına görə vəziyyəti normaldır.

Polisin verdiyi məlumata görə, hadisəni törədən qız saxlanılıb. Onun silahı əlindən alınıb.

Məktəb bağladılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Bəxtiyar Umarlı
Milli.Az