"Bozun 50 çaları" filmi ilə məşhurlaşan 35 yaşlı aktyor Ceymi Dornan Cimmi Kimmelin şousunda qonaq olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor sonuncu dəfə çəkilmiş "Azadlığın 50 çaları" filmindəki tərəf-müqabili Dakota Consonla olan erotik səhnələrindən danışıb. Cceymi kamera qarşısından fərqli olaraq, real həyatda Dakota ilə bacı-qardaş kimi olduqlarını deyib:
"Ola bilsin, bu, bir o qədər xoş səslənməsin. Amma biz Dakota ilə bacı-qardaş kimiyik. Mən Ameliya ilə evliyəm. Biz Dakota ilə bir-birimizə çox yaxınıq və qarşılıqlı hörmət edirik".
Qeyd edək ki, 28 yaşlı Dakota Conson 2 uşaq anasıdır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində