"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, dekabrın 1-nə olan göstərici ilə müqayisədə 192,7 mln. manat və ya 7,7% azdır. Keçən ilin əvvəli ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 3,13 dəfə azalıb.
"Report"un analitik qrupu bildirir ki, kommersiya banklarının xarici öhdəliklərinin kəskin azalması Azərbaycan Beynəlxalq Bankının (ABB) 2,266 mlrd. ABŞ dolları (3,85 mlrd. manat) həcmində xarici öhdəliklərinin hökumətə ötürülməsi səbəbindən baş verib. Nəticədə, dollar ekvivalentində xarici öhdəliklər yanvarın 1-nə 1 357,7 mln. dollar təşkil edib. Bu göstərici dekabrın 1-nə 1 471 mln., noyabrın 1-nə 1 500 mln., oktyabrın 1-nə 1 592 mln., sentyabrın 1-nə 3 779,1 mln. dollar olub. Yəni, dollar ekvivalentində bank sektorunun xarici öhdəlikləri aylıq müqayisədə 113,3 mln. dollar azalma göstərib.
Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi 2017-ci il fevralın 1-də qeydə alınıb və 8 071,7 mln. manat və ya 4 211,7 mln. dollara bərabər olub.