"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu İtaliyanın "UniCredit Bank"ının inkişaf etməkdə olan bazarlar üzrə "Forex" strategiyası üzrə mütəxəssisi Kiran Kovşik (Kiran Kowshik) deyib.
Kovşik 2018-ci ildə dolların qlobal valyuta bazarında zəif mövqeyinin davam edəcəyini, qlobal iqtisadiyyat yaxşı inkişaf etdiyi zaman dolların ucuzlaşmağa davam edəcəyini bildirib.
İnflyasiyada azalma və qlobal iqtisadi konyunkturanın yaxşılaşması səbəbindən Kovşik 3,70-3,85 TRY/USD səviyyəsinin bir müddət davam edəcəyini, ilin sonuna doğru isə məzənnənin yüksələcəyini proqnozlaşdırır.