Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 5-də Roma Papası Fransiskin dəvətiylə Vatikana səfər edəcək.
Metbuat.az-ın məlumatına görə, bu, son 59 ildə Türkiyənin yüksək vəzifəli şəxslərinin Vatikana baş tutacaq ilk səfəri olacaq. Proqram çərçivəsində Türkiyə lideri italiyalı həmkarı Serco Mattarella ilə də bir araya gələcək. Danışıqlar zamanı Qüdsün Israilin paytaxtı kimi tanınması məsələsi müzakirə olunacaq.
Türkiyə mənbələrinin məlumatına görə, səfər zamanı Ərdoğanı 3500-ə qədər təhlükəsizlik əməkdaşı mühafizə edəcək.
Sübhan / METBUAT.az