“2018-ci il ölkəmizdə Prezident seçkiləri ilidir. Cənab Prezidentin bu gün imzaladığı Sərəncam dövlətimiz və xalqımız üçün son dərəcə mühüm əhəmiyyət daşıyan bu prosesi 6 ay tezləşdirir”.
Metbuat.az-ın məlumatına görə, bunu, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkədəki hesabında yazıb: “Hesab edirəm, bu tezləşdirmə Azərbaycan naminə görüləcək işlərin sürətləndirilməsinin vacibliyi mesajıdır. Mesajın müəllifi olan cənab İlham Əliyevin 11 aprel seçkisində qələbə qazanaraq qarşıdakı 7 il müddətində Azərbaycana rəhbərlik edəcəyinə əminəm.
Ona da əminəm ki, Azərbaycan jurnalistləri hər zaman olduğu kimi, yenə də cənab İlham Əliyevi dəstəkləyəcəklər”.