"Barselona"nın müdafiəçisi Jerar Pike "Espanyol"la oyunda (1:1) zədələnib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onun dizində ağrılar hiss etdiyi bildirilir. İlkin tibbi müayinə də Pikenin yüngül zədəsi olduğunu təsdiqləyib.

Yaxın vaxtlarda 31 yaşlı futbolçu növbəti dəfə müayinə olunacaq və yekun qərar veriləcək. Pikenin 2 həftə oynamayacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində