Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. “Ermənistan hökumətinin fəaliyyəti və strukturu haqqında” qanun layihəsi işğalçı ölkədə ciddi səs-küyə səbəb olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vatikanda Roma papası I Fransisklə görüşüb. Tehran Türkiyədən Suriyaya müdaxilə məsələlərini yenidən nəzərdən keçirməyi istəyib. Dağıstanda hökumətinin başçısı vəzifəsini müvəqqəti icra edən Abdusamad Həmidov, eləcə də baş nazirin iki müavini saxlanılıb. ABŞ İraqa göndərdiyi əsgərlərini geri çəkməyə başlayıb.

Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Ermənistanda ordunun yaranmasının ildönümünün bayram edilməsi ilə bağlı mübahisələr meydana gəlib. Bəzi erməni siyasətçilər ümumiyyətlə, ordu bayramından imtina edilməsi fikri ilə çıxış edirlər. Onların fikrincə, Ermənistan hakimiyyəti vətəndaşların azadlığını boğmaq üçün təhlükəsizlik məsələsini əsas mexanizmə çevirib.

Məşhur erməni politoloq Manvel Sarkisyan qeyd edir ki, hazırda ən genişmiqyaslı manipulyasiyalar ordu üzərindən aparılır.

İrəvanı silkələyəcək APREL PLANI, Sarkisyandan ŞOK ETİRAFLAR… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Sarkisyan “aprel müharibəsi”ni yada salıb HƏR ŞEYİN ÜSTÜNÜ AÇDI - ŞOK ETİRAFLAR