Bakı. 6 fevral. REPORT.AZ/ Milli Məclisin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin-bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub.
“Report”un xəbərinə görə, məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
O bildirib ki, 2017-ci ildə bələdiyyələrin fəaliyyətində aşkar olunan nöqsanlar əvvəlki illərə nisbətən azdır.
Deputatlar da məruzə ilə bağlı fikirlərini bildiriblər.
Müzakirələrin yekununda illik məruzə MM plenar iclasına tövsiyə olunub.