Sinqapurda keçirilən aviaşou zamanı Cənubi Koreyanın pilotaj qrupuna məxsus təyyarələrdən biri yanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə təyyarənin nümunəvi uçuşlara hazırlığı zamanı baş verib.

Yanğın nəticəsində pilot yüngül xəsarət alıb. Hadisədən sonra hava limanının bir uçuş-eniş zolağı bağlanıb və bütün nümunəvi uçuşlar təxirə salınıb.

Qeyd edək ki, Sinqapur aviaşousunda İndoneziya, Malayziya, ABŞ və Tayland pilotları da iştirak edir.

Milli.Az