"Türkiyə qondarma "erməni soyqırımı" ilə bağlı ermənilərin iddiaları ilə əlaqədar Vatikana öz narazılığını bildirib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Vatikana səfərinin yekununda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib: "Papa Fransisk "erməni soyqırımı" ilə bağlı Türkiyənin mövqeyi ilə həmrəydir".

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Vatikana rəsmi səfər edib.

Milli.Az