"Everton"un hücumçusu Ueyn Runi Premyer Liqada çempionluq yarışı barədə fikir bildirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli forvard "Mançester Siti" növbəti illərdə də dominantlıq edəcəyini proqnozlaşdırıb.
"Bu mövsüm "Mançester Yunayted" "Siti"yə çata bilməyəcək. Düzün desəm, növbəti mövsüm də bunu gözləmirəm. "Şəhərlilər" 4-5 il əvvəlki "Barselona" səviyyəsinə yaxınlaşır. Bunu demək mənə xoş olmasa da, zaman-zaman ideal oyun göstərirlər.
Qvardiola həmin dövrün "Barselona"sını geri gətirmək üçün təməl atıb. Buna doğru irəliləyirlər. Növbəti yay daha 2-3 yeni futbolçu gələndən sonra mqsədə daha da yaxınlaşacaqlar".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində