İstanbulda “İsmayıl bəy Qaspralının Bolqarıstan türkləri üzərində təsiri” mövzusunda toplantı keçirilib

İstanbulda “İsmayıl bəy Qaspralının Bolqarıstan türkləri üzərində təsiri” mövzusunda toplantı keçirilib
19:07 10 Yanvar 2015
399 Dünya
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 19:06 ]


İstanbul. Mais Əlizadə - APA. İstanbulda “İsmayıl bəy Qaspralının Bolqarıstan türkləri üzərində təsiri” mövzusunda toplantı keçirilib.

 

APA-nın məlumatına görə, Türk Dünyası Araşdırmaları Vəqfi Süleymaniyyə kürsüsünün təşkil etdiyi toplantıda çıxış edən dosent Nəsrin Sipahi Kıratlı, pantürkizm fəlsəfəsinin yaradıcısı, “Dildə, fikirdə, işdə birlik”  şüarının müəllifi İsmayıl bəy Qaspralının fikir və düşüncələrinin XX əsrin əvvəlindən başlayaraq Bolqarıstan türkləri üzərindəki təsiri barədə danışıb.

 

Qaspralının müasirləri və davamçıları olan Əli bəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Mehmet Akif, Fuad Köprülü, Mustafa Kamal Atatürk və Əbülfəz Elçibəyi hörmətlə xatırladığını deyən N. Kıratlı 1920-30-cu illərdə Bolqarıstanın müxtəlif şəhərlədində keçirilmiş Turan qurultayları barədə ətraflı məlumat verib. Bolqarıstanda sosializm dönəmində türk etnosuna qarşı yürüdülən deportasiya siyasəti barədə fikirlərini bölüşən N. Kıratlı hazırda Avropa İttifaqının üzvü olan Bolqarıstanda məktəblərdə türk dilinə marağın azalmasının təəssüf doğurduğunu vurğulayıb.

 

Bolqar türklərinin məruz qaldığı deportasiyanın obyektiv şəkildə araşdırılması, yurd-yuvalarından didərgin düşənlərin öz vətənlərinə qayıtması və onlara təzminat ödənilməsi üçün yaxşı şərait yarandığına diqqəti çəkən N. Kıratlı Ermənistanı və Qarabağı tərk etmək məcburiyyətində qalmış türklərin də bundan istifadə etməsinin vacibliyini vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR