Belçikada doğulmuş Urdinov artıq Bakıdadır. 26 yaşlı cinah müdafiəçi tibbi müayinədən keçdikdən sonra 6 aylıq icarə müqaviləsinə imza atacaq.
Qeyd edək ki, Yani Urdinov karyerası ərzində Makedoniyanın "Rabotniçki", "Şkendiya", Albaniyanın "Flamurtari", Hollandiyanın "Roda", Litvanın "Ekranas", Bosniya və Herseqovinanın "Jelezniçar", Polşanın "Vizdev" və Çexiyanın "Vısoçina" klublarında da çıxış edib. O, 2012-ci ildən dəvət almağa başladığı Makedoniya yığmasının heyətində 5 oyuna çıxıb. Urdinov müdafiənin mərkəzində də oynayır.