Türkiyə Quru Qoşunları Akademiyasının 64 əməkdaşına ömürlük həbs cəzası verilib
Paylaş
105 baxış·1 dəq oxu
Bakı. 7 fevral. REPORT.AZ/ Məhkəmə Türkiyə Quru Qoşunları Akademiyasındakı fəaliyyətlə bağlı 4 şübhəlinin ağırlaşdırılmış ömürlük, 60 şübhəlinin isə ömürlük azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. “Report” “Haber7”yə istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar həbs olunmuşdu. Məsələ ilə 110 şübhəli məhkəmə zalından sərbəst buraxılıb.