KİV: Tatarıstanın səhiyyə nazirinin müavininin meyiti mənzilində aşkar edilib
Paylaş
151 baxış·1 dəq oxu
Bakı. 7 fevral. REPORT.AZ/ Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şışmaryova mənzilində ölmüş vəziyyətdə aşkar edilib. Bu barədə "Report" Rusiya KİV-lərinə istinadən xəbər verir. Bir neçə gün əvvəl Y.Şışmaryova fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək ev dustaqlığında saxlanılırdı. İlkin ehtimallara görə, o, özünə qəsd edib.