2013-cü ildə salam vermədiyi üçün Ajda Pekkandan küsən və müğənnini"ifritə" adlandıran Bülent Ersoy onunla barışıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, barışıq addımını Ajda atıb. Qripdən xəstəxanaya yerləşdirilən Ersoya çiçək göndərən Pekkan münasibətləri normallaşdırmaq istəyib. Daha sonra Bülentə zəng edən Ajda onunla hal-əhval da tutub.
Xatırladaq ki, "ifritə" szünə görə məhkəməlik olan məşhurlar ortaq dostları - rejissor Ayşe Ersyaın dəfnində də barışmamışdılar. Məhkəmə Bülent Ersoya 3 min 750 lirə (təxminən 1800 manat) pul cəriməsi vermişdi.
Milli.Az