Şimali İrlandiyada Qoldan Retriever cinsi it olan Rambo, sahibinə tarlada traktor sürərək yardımçı olur. Ağıllı it Rambo, Massey Ferguson markalı traktora tez-tez minib sahibinin plantasiyalarda bitkiləri kəsməsinə yardımçı olur.
Metbuat.az bildirir ki, Şimali İrlandiyanın County Down bölgəsində yaşayan Rambo, ətraf rayonlardan də böyük maraq görür. Altı yaşlı Rambo eyni zamanda 4 it balasına sahibdir.
Rambonun sahibi Albert Reid deyir: " Heç kim gördüklərinə inanmır. Hər kəs ya fotoşəkil çəkmək və ya video qeydi etmək istəyir. Şənbə günləri arabanın arxasında saatlarla oturub bir yerlərə getməyimi gözləyir. Çox ağıllı və yaxşıitdir".