Tayms qəzetinin ortaya çıxardığı qalmaqala görə, İngilis yardım təşkilatı "Oxfam"ın yüksək vəzifəli əməkdaşları 2010-ci ildəki Haiti zəlzələsindən xilas olan qadınlarla pul qarşılığı cinsi əlaqəyə girib.
Metbuat.az xarici mediaya istinadən bildirir ki, Taymsın araşdırmasına görə, yardım təşkilatının əməkdaşları zəlzələdən zərərçəkənlərə yardım üçün Haitiyə gediblər.
Bu qalmaqaldan sonra üç nəfər istefa verib, dörd nəfər isə qovulub.
Tayms qəzetinin ələ keçirdiyi istintaq hesabatına görə, Haitidəki bəzi yardım işçilərinə "cəzasızlıq" siyasəti tətbiq olunub. Hesabatda cinsi əlaqəyə girən bəzi qadınların 18 yaşından kiçik olmağı məlumatı da yer alıb.
İntizam cəzası almadan istefa etməsinə icazə verilən şəxslərdən birinin "Oxfam"ın ölkədəki Roland van Hauwermeiren adlı müdiri olduğu qeyd edilir.
"Oxfam" Haitinin Port-au- Prince şəhərində 2010-ci ildə meydana gələn və 220 min adamın öldüyü, 1.5 milyon insanın evsiz qaldığı zəlzələnin ardından bölgədə böyük miqyasda bir yardım işi başlatmışdı.
http://matbuat.az/news/893154/erotik-filmlerde-oynadigi-ucun-polis-vezifesinden-qovuldu.html