Milli.Az axşam.az-a istinadən əcnəbilərlə evlənən türkiyəli məşhurun adını təqdim edir:
Aktyor Murat Yıldırım Londonda tanış olduğu farslı model İmane Elbani ilə 2016-cı ildə ailə qurub.
Aktyor Mehmet Günsür italiyalı Katerina Mongio ilə evlidir. Cütlüyün 3 uşaqğı var.
Aparıcı Burcu Esmersoy da könlünü italiyalı birinə vermişdi. O, "Formula 1" yarışlarında tanış olduğu Massimo Cusimano ilə ailə qurmuşdu. Lakin onların evliliyi uzun sürməmişdi.
Müğənni Nukhet Duru yunanlı əri, həkim Yannis Guannis ilə Atinaya konsert verməyə gedəndə tanış olmuşdu. Yannis Nukhetə görə Türkiyəyə köçməyə razılıq versə də, amma aralarındakı mübahisələr evliliyi sona çatdırıb.
Aktrisa Hande Ataizi də əcnəbi ilə ailə quran məşhurlardandır. Onun amerikalı əri Benjamin Harveydən Leo adlı oğlu var.
Müğənni Sərdar Ortaç irlandiyalı model Xloe Louqnanla evlidir.
Aktrisa Zeynep Kankonde konqolu Kris Kankondla ailəli olub. Bir qızları olan cütlük yolları bir müddət əvvəl ayırıb.
Müğənni Mustafa Sandal isə serbiyalı ifaçı Emina Sandalla ailəli olub. Cütlük ötən il ayrılmaq qərarına gəlib.
Müğənni Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayət qızı ilə evlidir. Cütlüyün bu nikahdan əkiz övladları var.
Milli.Az