Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Azərbayanda prezident seçkiləri ilə bağlı Təqvim Planı qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Azərbaycanda prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar Ermənistanda çaxnaşmaya səbəb olub. ABŞ-ın Münbiçdən çəkilməyəcəyini növbəti dəfə açıqlayıb. Suriyadakı sülh danışıqlarını sabotaj etməyə çalışan ABŞ bu ölkədə “B Planı”nı həyata keçirməyə çalışır. ABŞ Suriyadakı PYD/PKK terror təşkilatına silah-sursat yardımı göstərməkdə davam edir. İran ABŞ-ı İŞİD döyüşçülərini Əfqanıstana göndərməkdə ittiham edib. Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı çərçivəsində 40 yaşayış məntəqəsi azad olunub.

Azərbaycan, Dağlı Qarabağ

Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncamı ilə 2018-ci il aprelin 11-nə prezident seçkiləri təyin olunub.

Fevralın 8-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

​​​​​​​Sarkisyandan “aprel müharibəsi” XƏBƏRDARLIĞI, İrəvanı alt-üst edəcək SSENARİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü - FOTOLAR (YENİLƏNDİ)