Bakı. 11 fevral. REPORT.AZ/ Moskva ətrafında "An-148" sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə "Rusiya poçtu"na məxsus vertolyotun qalıqları aşkar edilib.
“Report” xəbər verir ki, bu səbəbdən təyyarənin havaya qalxarkən vertolyotla toqquşduğu ehtimal olunur. Lakin bu fərziyyə hələ ki, öz rəsmi təsdiqini tapmayıb.
Həmçinin hadisə şahidləri təyyarənin səmada yandığını bildirirlər. Söhbət hava gəmisində hər hansı bir partlayışın baş verə bilməsindən gedir.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 167 xilasedicisi və 34 ədəd texnikası cəlb olunub.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyev və nəqliyyat naziri Maksim Sokolov əraziyə yollanıb.