Macarıstanda pişiklərin gözəllik yarışması keçirilib.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, Dior adlı tüksüz pişiyin sahibi Qabriela bu cins pişiklərin satış qiymətinin 2,5 min manat olduğunu, ancaq Dioru bu rəqəmin tam 100 misli təklif gəlməsinə baxmayaraq, satmadığını, çünki pişiyi ilə ana qız əlaqəsinə malik olduğunu deyib.

Dünyanın ən böyük pişik cinsi olan Coon cinsi pişikləri yetişdirən Laszlo Bolvari isə 14 kq-lıq Simba adlı pişiyinin dəfələrlə çempion olduğunu bildirib.

Bolvari Simbayı almaq üçün intensiv tələb gəldiyini, amma satmaq kimi bir niyyətinin olmadığını, Simbanın atası olan Ramboya da daha əvvəl yarım milyon təklif gəldiyini, ancaq yenə də satmadığını bildirib.

Beynəlxalq Budapeşt Pişik Sərgi və Pişik Gözəllik Müsabiqəsinə sıx maraq göstərən Macar pişik sevərlər və pişik sahibləri, pişiklərinin dərəcəyə düşməsi üçün yarışıb.