Yunan Amerikan Liderlik Konseyi (HALCA) və Amerika
erməni milli komitəsi (ANCA) F-35 döyüş təyyarələrinin Türkiyəyə
verilməsinin qarşısını almaq üçün Vaşinqtonda kampaniyaya
başlayıblar.
Publika.az xəbər verir ki, yunan və erməni lobbisi ABŞ
senatorları ilə görüşərək, Türkiyənin Yunanıstan, Kipr, Suriya,
Ermənistan və İsrail məsələsində NATO və müttəfiqləri ilə üz-üzə
gəldiyini vurğulayıblar.
Yunan və ermənilər senatorların dəstəyini qazanmaq üçün Türkiyənin
F-35 texnologiyası haqqında İran və Rusiyaya məlumat “sızdıra
biləcəyi” iddiasını da ortaya atıblar.
Erməni lobbisi iddialarını davam etdirərək qeyd edib ki, Türkiyə
F-35 təyyarələrini Ermənistana, Yunanıstana, Kiprə, yaxud digər
müttəfiq ölkələrinə qarşı tətbiq edə bilər.
Asif